Dövlətin pulu ilə yemək yediyi üçün cərimələndi

16 İyun 2019 16:38 (UTC+04:00)

İsrailin Baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunun restorandan sifariş verdiyi yeməyin pulunu dövlət büdcəsindən ödədiyinə görə cəzası müəyyənləşib.

Qeyd edək ki, Sara Netanyahu 2010-2013-cü illər ərzində dövlətə məxsus malikanədə aşpaz olmasına baxmayaraq, yeməkləri restorandan sifariş verib. Yemək sifarişlərinə xərclənilən məbləğin 96 min dollar olduğu bildirilir. Bu səbəbdən ötən ilin oktyabrında Baş nazirin xanımına qarşı məhkəmə prosesi başlamışdı.(qafqazinfo.az)

AzNews.az