Gimnastika üzrə beynəlxalq dərəcəli hakim qəza nəticəsində öldü

16 İyun 2019 18:46 (UTC+04:00)

Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşı ölümlə nəticələnən qəza törədib.

Hadisə ötən gün yerli vaxtla saat 20:05-də qeydə alınıb.

Belə ki, 44 yaşlı Azərbaycan vətəndaşı idarə etdiyi “Mercedes” markalı avtomobillə 77 yaşlı Lyubov Rassıxinanı vurub. Qadın hadisə yerindəcə keçinib.

Qeyd edək ki, Lyubov Rassıxina Lvovun "Karpat" komandasının əfsanəvi futbolçusu Boris Rassıxinin həyat yoldaşıdır. Ölən qadın gimnastika üzrə beynəlxalq dərəcəli hakim olub.(qafqazinfo.az)

AzNews.az