Aygün Kazımova pərəstişkarlarını aldadıb?

5 May 2013 18:43 (UTC+04:00)
Xalq artisti Aygün Kazımovanın Amerikalı repçi Snup Doqla (Snoop Dog) klipinin təqdimatı gecikdikcə layihəyə şübhə edənlərin sayı artır. Şou-biznes aləmində gəzən şayiələrdə Aygün Kazımovanın belə bir layihəsinin olmadığı və yalandan savayı bir şey olmadığı deyilir.

Xalq artistinin mediada yayılmış Snup Doqla fotolarının fotoşop (Photoshop) proqramı ilə düzəldiyi danışılır. Danışılanlara görə Aygün nəinki qaradərili dünya ulduzunun Los-Ancelesdəki villasında klip çəkdirib, heç onun üzünü belə görməyib.

Əlbəttə ki, bu şayiələrin yaranmasına əsas verən səbəblər var. Kazımova Snup Doqla yazdırdığı "Coffee from Columbia" duetinə çəkdirdiyi klipini aprelin 15-də təqdim edəcəyini bəyan etsə də, nə duetdən, nə də klipdən əsər əlamət yoxdur.

Xatırladaq ki, Aygün Kazımova Snup Doqla duet oxuyacağını yanvar ayında elan etmişdi. Fevralın sonunda İstanbula, oradan da Amerikaya gedən müğənni, klip çəkilişlərini martın əvvəllərində həyata keçirmişdi. Sözügedən layihənin aprel ayında təqdim olunacağı gözlənilsə də, bu baş vermədi. Artıq may ayının ilk dekadasını yaşayırıq və hər kəsin böyük maraqla gözlədiyi duetdən əsər-əlamət belə yoxdur.//anspress//

AzNews.az