Tereza Mey yeni fəaliyyət sahəsini müəyyən edib

16 İyun 2019 20:46 (UTC+04:00)

Xanım siyasətçi bu vaxta qədər yemək bişirməyə vaxt tapmadığı üçün kulinariya ilə məşğul olacağını söyləyib. O həmçinin marağını çəkən digər məşğuliyyətlərdən bəhs edib:

“Mən istefamdan sonra parlamentari kimi siyasətdə qalacam. Amma indi daha çox vaxtım olacaq, ailəmə, gəzintiyə və kriket oyununa zaman ayıracam. Kriket izləməyi sevirəm”.

Qeyd edək ki, Mey iyunun 7-də istefa verdiyini bəyan edib. O postunu iyulun 20-dən sonra tərk edəcək.(oxu.az)

AzNews.az