Papadan mütərəqqi addım

16 İyun 2019 21:53 (UTC+04:00)

Hər kəsi Yaxın Şərqdəki gərginliyi diplomatik yolla aradan qaldırmağa çağırıram.

Bu sözləri Roma papası Fransisk deyib.

"Beynəlxalq ictimaiyyəti sülh və dialoq naminə bir araya gəlməyə dəvət edirəm", - Fransisk bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Partlayışdan sonra tankerlərdən birinin ekipajı İran hərbçiləri, digəri isə ABŞ hərbçiləri tərəfindən xilas edilib.(axar.az)

AzNews.az