Sərhəddi keçmək istəyən 800 nəfərə yaxın miqrant saxlanıldı

16 İyun 2019 22:23 (UTC+04:00)

Meksika hüquq-mühafizə orqanları, gövdəsində 800 nəfərə yaxın qanunsuz miqrant olan 4 yük maşınını saxlayıb.

Qeyd edilir ki, hadisə Verakrus ştatında baş verib.

Miqrantlar federal polisi tərəfindən həyata keçirilən birgə əməliyyat zamanı saxlanılıb. Hər yük maşınında 200 nəfərə yaxın miqrant olub.(trend.az)

AzNews.az