Paytaxtda şadlıq evi yandı

5 May 2013 19:34 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron şəhərində vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli "VÜSAL" şadlıq evinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Şadlıq evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın səhər saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az