Polisi yaralayan şəxs həbs olundu

17 İyun 2019 09:30 (UTC+04:00)

Yaponiyada iyunun 16-da polisə bıçaqla hücum edərək onu yaralamaqda və silahını götürməkdə şübhəli bilinən 33 yaşlı Yuciro İmori həbs edilib.

Y.İimori Osaka prefekturasının Suita şəhərində polis məntəqəsinə hücum edərək oradakı polisə çoxsaylı bıçaq zərbələri yetirməkdə və onun maqazinində 5 güllə olan tabel silahını götürərək, gizlənməkdə təqsirli bilinir.

Cinayətkar həbs edilərkən onun üzərindəki silah aşkar edilərək götürülüb. Lakin silahda 4 güllənin qaldığı məlum olub.

Y.İimorinin yaraladığı 26 yaşlı polisin vəziyyətinin hələ də ağır olduğu bildirilir. Hazırda polis hadisənin baş verməsi səbəblərini araşdırır. (Azərtac)