"Keşlə" argentinalı futbolçu ilə 1 illik müqavilə imzaladı

17 İyun 2019 15:44 (UTC+04:00)

"Keşlə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, paytaxt təmsilçisi argentinalı Franko Valentin Floresi heyətinə qatıb. 26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Franko Flores son olaraq Kiprin "Alki Oroklini" komandasında çıxış edib.

AzNews.az