Ölümlə nəticələnən daha bir avtoqəza

17 İyun 2019 18:39 (UTC+04:00)

Qazaxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Göygöl rayon sakini, Afiq Musayev idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən rayon sakini, 1989-cu il təvəllüdlü Dondaryev Turxan Ələkbər oğlunu vurub. Bədən xəsarətləri alan piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az