“Qarabağ”ın rəqibləri təxminən bəllidir

17 İyun 2019 19:58 (UTC+04:00)

Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

Püşkatmadan bir gün öncə UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb.

Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:

"Valetta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan).

Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkatma mərasimi sabah saat 14:30-da başlayacaq.(qafqazinfo.az)

AzNews.az