Dünya Bankından Gürcüstana yardım

17 İyun 2019 22:21 (UTC+04:00)

Bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.

Onun sözlərinə görə, maliyyə vəsaitinin ayrılması ilə bağlı saziş iyunun 18-də imzalanacaq: “Beynəlxalq maliyyə institutunun Gürcüstanda təhsil islahatlarını dəstəkləməsi olduqca əhəmiyyətlidir. Bu məbləğ təhsildə innovasiyalar, inklüzivlik və keyfiyyətin artırılmasını nəzərdə tutan layihəyə xərclənəcək. Layihə bütün ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə kömək edəcək və məktəb müəllimləri, ali məktəb tələbələri və məktəbəqədər təhsil müəssisələrini əhatə edəcək”.

Baş nazir deyib ki, layihədən yüksək dağlıq bölgələrdə təhsil alan tələbələr də yararlanacaq: “Layihə çərçivəsində etnik azlıqların sıx məskunlaşdığı bölgələrdə şagirdlərin dəstəklənməsi üçün də ayrıca proqram nəzərdə tutulub”.

AzNews.az