Piyadaları maşın vurdu

17 İyun 2019 23:49 (UTC+04:00)

Bakının Sabunçu rayonunda avtomobil piyadanı vurub.

Hadisə Bakıxanov qəsəbəsində baş verib. Naməlum avtomobil piyada, 1963-cü il təvəllüdlü Razakova Zemfira Sergey qızını vurub.

Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

Daha bir hadisə isə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil 1959-cu il təvəllüdlü İbrahimova Solmaz Şirin qızını vurub.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzNews.az