"İrana maksimum sanksiyalarla cavab veriləcək" - ABŞ-dan xəbərdarlıq

18 İyun 2019 08:20 (UTC+04:00)

“İranın nüvə silahı əldə etməsi barədə şantajına tolerantlıqla yanaşmayacağıq. Nöqtə”.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Dövlət Katibliyinin sözçüsü Morqan Ortaqus təşkil edilən mətbuat brifinqində deyib.

Tehranın uranın istehsalı limitini aşacağını açıqlaması ilə bağlı suala Ortaqus sözügedən açıqlamanın şantaj olduğunu və təəccüblənmədiyini qeyd edib:

“Prezident Donald Tramp elə buna görə İranla əldə edilən nüvə razılaşmasının yerinə yeni və daha yaxşı anlaşma imzalanmalı olduğunu deyir. ABŞ hökuməti İranın nüvə silahı əldə etməsi barədə ən kiçik addıma maksimum sanksiyalarla cavab verəcək”.

Pərvanə Ağazadə

AzNews.az