Bakıda 15 yaşlı yeniyetmə dənizdə batdı

18 İyun 2019 10:20 (UTC+04:00)

Bakıda 15 yaşlı yeniyetmə dənizdə boğulub.

Hadisə paytaxtın "Şıx" çimərliyində baş verib.

Bakı şəhər sakini, Malışeva İlhamə Firudin qızı sevgilisi Eduard Qvenadze, övladları - Vaqin Andreyev, Umar Malışev və qızı Aleksandra Rəhmanova ilə birlikdə "Şıx" çimərliyindəki kafelərdən birinə gəliblər. Bir müddətdən sonra uşaqlar dənizdə çimərkən 2004-cü il təvəllüdlü V.Andreyev dənizdə batıb.

Təxminən 20-25 dəqiqədən sonra V.Andreyevin boğulmuş meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az