Bu il 460-dan çox Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb

18 İyun 2019 10:32 (UTC+04:00)

Türkiyənin Statistika İdarəsinin verdiyi məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 15 mənzil və yaxud 20% çoxdur.

2019-cu ilin yanvar-may aylarında isə Azərbaycanın 464 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 132 mənzil və yaxud 39,7% çoxdur.

Ümumilikdə may ayında 3 967 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da illik müqayisədə 1 534 vahid və yaxud 63% çoxdur.

Yanvar-may aylarında isə Türkiyədə 17 452 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da illik müqayisədə 7 593 vahid və yaxud 77% çoxdur.

Türkiyədə ən çox mənzil alan xariciıər İraq vətəndaşlarıdır. İraqlılar mayda Türkiyədən 594, bu ilin ilk 5 ayında isə 2 908 mənzil əldə edib.

Siyahıda sonrakı yeri İran vətəndaşları tutur. Bu ölkədən olanlar mayda 504, yanvar-mayda isə 1 787 mənzil alıblar.

İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkənin sakinləri ötən ay Türkiyədə 285, 5 ayda isə 1 074 mənzil əldə ediblər.(report.az)

AzNews.az