Türkiyənin Kayseri şəhərində 7 il əvvəl sevgili olduğu qızı şantaj edən gənc həbs edilib.
AzNews.az xəbər verir ki, M.V adlı oğlan S.C adlı qızı 2012-ci ildə sevgili olduqları zaman çəkilmiş intim görüntüləri yayacağı ilə hədələyərək 500 TL pulunu mənimsəyib. Oğlan deyib ki, qız onunla öz istəyi ilə olub. M.V kadrları sadəcə S.C-ni qorxudaraq ondan borc pul almaq üçün istifadə etdiyini söyləyib. Qızın sözlərinə görə, o, şantaj edildiyi üçün M.V ilə yenidən birlikdə olub.
Oğlan çıxarıldığı məhkəmədə 3 il həbs cəzasına məhkum edilib.
Aynur
AzNews.az