“Ordumuzun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi”

18 İyun 2019 10:46 (UTC+04:00)

"Azərbaycan Ordusu inkişaf edir. Bununla bağlı, sübutlar var".

Bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan Ordusuna müasir silahlar alınır və bununla bağlı ictimaiyyət məlumatlandırılır.

Müdafiə naziri vurğulayıb ki, ötən il Azərbaycan Ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub.

Z.Həsənov qeyd edib ki, 2016-ci ilin aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın edib: "Ermənilər məcbur olub atəşkəs üçün ruslara müraciət etdilər"

Nazir qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur: "Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. helikopter meydançları yenilənib və onlar müasir silahlarla təchiz edilib. Ordumuzun helikopterləri uzaq məsafədən hədəfləri vurmağa qadirdir".(report.az)

AzNews.az