Məhəmməd Mursi dəfn olundu

18 İyun 2019 11:45 (UTC+04:00)

Misirin hərbi yolla devrilmiş prezidenti Məhəmməd Mursi dəfn olunub.

AzNews.az xəbər verir ki, onun cənazəsi Qahirənin şərqində, Mədinət-Nəsr ərazisindəki "Müsəlman Qardaşları"nın dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılıb.

Yerli vaxtla saat 05:00-da baş tutan dəfn mərasimində Mursinin ailə üzvləri və vəkillərindən başqa heç kəs iştirak etməyib.

Qeyd edək ki, Məhəmməd Mursi iyunun 17-də məhkəmə zalında vəfat edib.

Xəyalə

AzNews.az