Zelenski Almaniyaya getdi

18 İyun 2019 11:53 (UTC+04:00)

“Ukrİnform” xəbər verir ki, bu, yeni prezidentin Almaniyaya ilk səfəridir. Səfərin proqramına əsasən, V.Zelenski ilk görüşünü Bundestaqın prezidenti Volfqanq Şoyble ilə keçirəcək. Məlumata görə, birgünlük səfər çərçivəsində Vladimir Zelenski Almaniya kansleri Anqela Merkel ilə işgüzar nahar edəcək. Daha sonra tərəflər mətbuat konfransı keçirəcək.

Ukrayna prezidenti həmçinin “Bellevue” sarayında Almaniya prezidenti Frank-Valter Ştaynmayer ilə görüşəcək.

Bildirilir ki, birgünlük səfər zamanı prezidentin bir sıra alman siyasətçiləri ilə görüşləri planlaşdırılır. (apa.az)

AzNews.az