Bakıya 300 dənə yeni avtobus gətiriləcək - FOTO

18 İyun 2019 11:59 (UTC+04:00)

Avqustda Bakıya 300 yeni avtobus gətiriləcək.

AzNews.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, avtobuslar müasir standartlara cavab verir:

“Kondisionerli avtobuslar həm şəhərdə, həm də Bakıətrafı qəsəbələrə hərəkət edəcək. Yeni avtobusların uzunluğu 12 və 18 metrdir. Əsas məqsəd, vətəndaşlarımıza ekoloji baxımdan təmiz, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsinə nail olmaqdır. Bununla bağlı bütün daşıyıcılara müvafiq tapşırıqlar verilib. Ümumilikdə görülən işlər Bakıda stabil və dayanıqlı nəqliyyat sistemin inkişafına xidmət edir”.

Bahar RÜSTƏMLİ

AzNews.az