“Ermənistan hakimiyyətinin yürütdüyü siyasət iflasa uğrayıb”

18 İyun 2019 14:04 (UTC+04:00)

“Ermənistan hakimiyyətinin separatçı Dağlıq Qarabağ rejiminin yürütdüyü siyasət iflasa uğrayıb. Fransa məhkəməsinin bir-birinin ardınca ölkənin bəzi departamentlərinin Dağlıq Qarabağ nümayəndələri ilə imzaladığı müqavilələri ləğv etməsi bunu bir daha göstərir”.

Bunu Azərbaycan Milli Məclisinin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, bu qərarlar Ermənistan, Dağlıq Qarabağ qondarma qurumu, eləcə də erməni lobbi təşkilatları tərəfindən narazılıqla qarşılanıb və hətta erməni siyasətçilərinin bəziləri beynəlxalq səviyyədə Azərbaycana uduzduqlarını etiraf ediblər: “Göründüyü kimi, ermənilərin “Böyük Ermənistan” mifi dağılmaqda, Azərbaycan dövlətinin yürütdüyü siyasət özünü doğrultmaqdadır. Ermənistan hakimiyyətinin çökməsini, təcavüzkarlıq siyasətinin ölümə məhkumluğunu, artıq dünya görür və Azərbaycanın dəstəklənməsi qələbəmizə ümidi artırır”.(report.az)

AzNews.az