“Facebook” öz valyutasını yaradır

18 İyun 2019 14:38 (UTC+04:00)

“Facebook” sosial şəbəkəsinin rəhbərliyi “Calibra” adlı törəmə şirkətinin yaradıldığını elan edib.

Şirkətin başlıca fəaliyyəti “Libra” kriptovalyuta əsasında maliyyə xidmətlərinin göstərilməsindən ibarət olacaq.

“Calibra” ilk məhsulunu - blokçeyn texnologiyasına əsaslanan yeni “Libra” adlı valyuta üçün rəqəmsal pul kisəsi təqdim edəcək”, - deyə sosial şəbəkənin rəsmi hesabında çıxan məlumatda deyilir.

Kriptovalyuta üçün rəqəmsal pul kisəsindən həm “Messenger”, həm də “WhatsApp” istifadəçiləri yararlana biləcək. Bundan başqa, 2020-ci ilə kimi ayrıca tətbiqin buraxılacağı bildirilir.(oxu.az)

AzNews.az