Çin ABŞ-a xəbərdarlıq etdi

18 İyun 2019 15:21 (UTC+04:00)

Rəsmi Pekin İranla bağlı Ağ Evə xəbərdarlıq edib.

AzNews.az xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ın Oman körfəzində baş verənlərlə bağlı İrana etdiyi təzyiqi pisləyib.

"Dünya Orta Şərqdə "Pandora"nın qutusunu açmasın", - deyən nazir ABŞ-ın tarixi nüvə müqaviləsindən çıxmamasını tövsiyə edib.

"ABŞ İranla aralarında olan problemləri həddən artıq təzyiq göstərərək həll etməyə çalışmamalıdır. Təbii ki, Çin körfəzdəki vəziyyət və İranla bağlı məsələlərə görə narahatdır. Tərəfləri bölgədəki gərginliyi artırmamağa çağırırıq", - deyə o, açıqlamasında qeyd edib.

Xatırladaq ki, Oman körfəzində neft tankerinə edilən hücumla əlaqəsi olmadığını bildirməyinə baxmayaraq, ABŞ məsələdə İranı günahkar hesab edir və bölgəyə daha 1000 əsgər göndərəcəyini bildirib.

AzNews.az