Keçmiş icra başçısının otlaq sahəsi yandı

18 İyun 2019 16:38 (UTC+04:00)

Abşeronda bu gün səhər saatlarında Qobustanın keçmiş icra başçısı Əlisəfa Cəbiyevə məxsus qış otlaq sahəsi yanıb.

200 hektarlıq ərazi mal-qara qışlağı kimi istifadə olunub. Səhər saatlarında isə otlaqda yanğın başlayıb. Yanğın rayon yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Qeyd edək ki, sabiq başçı sözügedən otlaqda mal-qara saxlasa da, hazırda heyvanlar yaylaqdadır.

Xatırladaq ki, Ə. Cəbiyev 2001-2005-ci illərdə Qobustan rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.(qafqazinfo.az)

AzNews.az