“Qarabağ”ın Çempionlar Liqasındakı ilk rəqibi müəyyənləşdi

18 İyun 2019 16:51 (UTC+04:00)

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Bu, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında atılmış püşk nəticəsində məlum olub.

Qurban Qurbanovun baş məşqçilik etdiyi kollektiv Albaniyanın "Partizani" komandasına rəqib olub.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyulda keçiriləcək.

"Qarabağ" ilk matçını səfərdə keçirəcək.(report.az)

AzNews.az