Azərbaycanlı müğənni Almatıda kubok aldı - FOTO

18 İyun 2019 17:48 (UTC+04:00)

Müğənni Samirə Əfəndi Azərbaycanı Qazaxıstanda təmsil edib.

AzNews.az xəbər verir ki, o, iyunun 15-16-da Almatının “Medeo” idman kompleksində təşkil olunan “Star of Asia” festivalına qatılıb.

Nüfuzlu tədbirdə Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nümayəndələri iştirak edib. Sənətçilər əvvəlcə ənənəyə uyğun olaraq qrımızı xalça üzərinə çıxıblar, kamera qarşısına keçərək KİV nümayəndələrinin suallarını cavablandırıblar.

Tədbir Türkiyə, Rusiya və Qazaxıstan kanalları tərəfindən canlı yayımlanıb. Həmyerlimiz ulduz qonaq kimi səhnədə hitə çevrilən “Tocame” mahnısını səsləndirib. Onu 10 nəfərdən ibarət “ballet baqyt girls” rəqs qrupu müşayiət edib.

Samirənin libaslarını Ayşən Təhmirazova hazırlayıb.

Gecədə “Black Star” üzvü MOT, Dan Balan, Soqdiana, Outlandish və başqaları iştirak edib.

Tədbirdə açılışı edən Samirəyə Almatının rəmzi olan kubok təqdim olunub.

AzNews.az