Merkel Zelenski ilə görüşdə özünü pis hiss edib - VİDEO

18 İyun 2019 17:34 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə Berlində keçirilən görüşdə havanın kəskin isti olması səbəbindən özünü pis hiss edib.

Merkel bir dəqiqə ərzində qəfil gələn titrəyişi aradan qaldırmaq üçün dəfələrlə əllərinin vəziyyətini dəyişib.

Berlində bu gün, təxminən, 30 dərəcə istilik qeydə alındığından Merkelin bu vəziyyətə düşməsinə əlverişsiz hava şəraitinin səbəb ola biləcəyi güman edilir.

Qeyd edək ki, Zelenski iyulun 18-də Almaniya kansleri ilə görüşmək üçün Berlinə gedib.(report.az)

AzNews.az