Komandalarımızın Avropa Liqasındakı rəqibləri bilindi

18 İyun 2019 18:08 (UTC+04:00)

Turnirdə Azərbaycanı təmsil edəcək “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib. Püşkün nəticələrinə əsasən, “Səbail” Rumıniyanın “Kraivo”, “Neftçi” isə Moldovanın “Speranta” komandaları ilə qarşılaşacaqlar.

Komandaların ilk qarşılaşmaları iyulun 11-12-də, cavab matçları isə bir həftə sonra oynanılacaq.(AZƏRTAC)

AzNews.az