Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşdü

18 İyun 2019 18:37 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ufa şəhərində keçirilən X təhlükəsizlik məsələlərinə məsul yüksək rəsmilərin beynəlxalq görüşü zamanı danışıqlar aparıblar.

Görüş zamanı iki ölkənin güc qurumları və xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti, həmçinin bu ilin sonunadək təhlükəsizlik sahəsindəki əməkdaşlıq planı müzakirə olunub.

Qeyd edək ki, bənzər görüş Rusiya tərəfi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında da keçirilib.(axar.az)

AzNews.az