Mixail Zabelin sabah Tbilisiyə gedəcək

18 İyun 2019 23:00 (UTC+04:00)

Milli Məclisin deputatı Mixail Zabelin Pravoslav Parlamentlərarası Assambleyasının 26-cı Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə “Parlamentarizmin müasir siyasi və sosial hadisələr anlayışına töhfəsi” mövzusunda müzakirələr keçiriləcək.

Deputat dünyada baş verən ictimai-siyasi proseslərə parlamentlərin təsir imkanları, ölkəmizdə bu istiqamətdə görülən işlər barədə fikirlərini bölüşəcək.