Şamaxıda yük maşını dərəyə aşdı - sürücü öldü

18 İyun 2019 22:41 (UTC+04:00)

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 17:00 radələrində rayonun Çöl Göylər kəndində qeydə alınıb. "KamAZ" markalı yük avtomobili yoldan çıxaraq, 30 metr hündürlükdən dərəyə aşıb. "KamAZ"ın sürücüsü, 1964-cü il təvəllüdlü Sərdar Məmmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (APA)