Ağstafada 34 yaşlı kişi kombaynın altında qaldı

18 İyun 2019 23:44 (UTC+04:00)

Ağstafada yerli sakin ehtiyatsızlıqdan ağır xəsarət alıb.

Rayonun Yaradulla kənd sakini, 34 yaşlı Turxan Hüseynov taxıl sahəsində biçin zamanı kombaynın altında qalıb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)