G20-də ABŞ və Çin liderləri görüşəcək

18 İyun 2019 23:57 (UTC+04:00)

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla telefon söhbəti zamanı iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində keçiriləcək G20 sammiti çərçivəsində görüşməyə hazır olduğunu bildirib.

Çin dövlət televiziyasına istinadən xəbər verilir ki, Si Cinpin görüşdə iki ölkə arasında münasibətlərin təməl prinsiplərinə dair fikir mübadiləsi aparmaq arzusunda olduğunu deyib.

Qeyd edək ki, telefon danışığı D.Trampın təşəbbüsü ilə baş tutub. (Report)