Bakıda maskalı şəxs qadını bıçaqladı

19 İyun 2019 10:38 (UTC+04:00)

Xəzər rayonu, Zirə qəsəbəsində yaşayan 55 yaşlı S.Süleymanovanın yaşadığı evə gecə saatlarında naməlum şəxs daxil olub. Maskalı şəxs ev sahibinə bıçaqla xəsarət yetirərək onun 600 manat pulunu götürərək hadisə yerindən qaçıb.

Zərərçəkənin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az