Cəbhə bölgəsində müayinə aksiyası

6 May 2013 08:10 (UTC+04:00)
Qusar rayon Həzrən kəndində Heydər Əliyevin 90 illiyi ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Hospitalın həkimləri sakinlər üçün tibbi müayinə və müalicə aksiyası keçirir.

AzNews.az-a daxil olan məlumata görə, Həzrə sərhəd komendatlığında təşkil olunan səyyar hospitalda ayrı-ayrı xəstəliklərin müayinə və müalicəsi üçün 20-dək həkim cəlb olunub.Xəstələrə yerindəcə pulsuz dərmanlar verilib.Cərrahiyyə əməliyyatlarına və digər stasionar müalicəyə ehtiyacı olanlar isə Bakı şəhərində yerləşən hərbi hosbitala göndərilib.

Mayın 3-dən 5-dək davam edən aksiyada rayonun sərhədyanı ərazilərində yerləşən 20 yaşayış məntəqəsindən 300-dək vətəndaşa səyyar tibbi xidmət göstərilib.

Ruhiyyə
AzNews.az