“Bu sərəncam müəllimlərin dolanışıq səviyyəsini bir az da artıracaq”.
Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar müəllim Qəzənfər Abbasov prezident İlham Əliyevin müəllimlərin maaşlarının artırılması ilə bağlı sərəncama münasibət bildirərkən deyib.
Xanəndə bu sərəncamın bütün təhsilə təsiri olacağını vurğulayıb:
“Allah prezidentə can saglıgı versin. Maaşlar yüksəkdir, 450 manat alıram. Hələ artıq da qalır. Bu sərəncamdan sonra maaşlarımız kollecdə də artacaq. Çox razıyam, prezidentə təşəkkür edirik”.
Bahar RÜSTƏMLİ
AzNews.az