Tanış olduqları gün ayrıldılar...

19 İyun 2019 13:05 (UTC+04:00)

“Bozun 50 çaları” filmi ilə karyerasında böyük uğur qazanan aktrisa Dakota Conson ilə “Coldplay” qrupunun solisti Chris Martin iki illik münasibətlərinə son qoyublar.

Qısa müddət əvvəl nişanlanacaqları barədə xəbərlər yayılan cütlüyün anidən ayrılmasına səbəb uşaq olub.

Belə ki, 42 yaşlı Martin 29 yaşlı sevgilisinin uşaq dünyaya gətirməsini istəyib.

Bu barədə fikir ayrılığı yaşayan hər iki ulduz mübahisə edib və tanış olduqları günü ayrılıq qərarına gəliblər.(qafqazinfo.az)

AzNews.az