Alla Puqaçova bu şəhərdə konsert verəcək

19 İyun 2019 14:51 (UTC+04:00)

Rusiyanın tanınmış müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova noyabrın 2-də Minsk şəhərində konsert proqramı ilə çıxış edəcək.

10 illik fasilədən sonra primadonnanın konserti 70 illik yubileyinə həsr olunacaq.

Onun “ Milyon -milyon qızılgüllər”, “Arlekino”, “Siz, yuxarıdakılar!” kimi mahnıları rus musiqisinin qızıl fonduna daxil edilib.

Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Alla Puqaçovanı "Dostluq" ordeni ilə təltif edib.

O, bu mükafata Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb. (Azərtac)