"Təhsil işçiləri bu sərəncamı çox böyük sevinclə qarşıladı”

19 İyun 2019 15:29 (UTC+04:00)

"Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən ölkəmizdə hər ay, hər gün insanların rifahı üçün əməli addımlar atılır”.

Bunu AzNews.az-a açıqlamasında Prezident İlham Əliyevin müəllimlərin maaşlarının artırılması haqda danışarkən Sumqayıt şəhər 16 saylı məktəbin direktoru Niyaz Süleymanov dedi:

“Bu tədbirlərdən biri də iyun ayının 18-də cənab Prezident İlham Əliyevin respublikada fəailiyyət göstərən bütün kateqoriyadan olan işçilərin əməkhaqlarının artırılması barədə verdiyi sərəncamlardır. Bu sərəncamlardan biri də təhsil işçilərinin payına düşdü. Mən çox şadam ki, rəhbərlik etdiyim pedoqoji kollektivin bütün üzvlərinin də bu sərəncamla maaşları artırılmışdır. Sumqayıt şəhərində 5 mindən çox orta ümumtəhsil müəssisələrində çalışan və diaqnostik qiymətləndirmədən keçən müəllimlərin, həmçinin peşə liseylərində işləyən müəllimlərin də əməkhaqqı artırılmışdır. Təhsil işçiləri prezidentimizin bu sərəncamını çox gözəl qarşılayır. Prezidentimizin bu diqqətinin qarşılığı olaraq biz də öz növbəmizdə ölkədə təhsilin inkişafı üçün əlimizdən gələni etməyə hazırıq”.

Minimum əmək haqqının da artırılması məsələsinə toxunan N.Süleymanov bunu ölkə başçısının Azərbaycan zəhmətkeşlərinə göstərdiyi qayğının bariz nümunəsi kimi qiymətləndirdi.

Direktor həmçinin bildirdi ki, rəhbərlik etdiyi kollektiv adından Prezident İlham Əliyevə teleqram göndərib və ona təşəkkür edib.

Xəyalə

AzNews.az