Tanınmış jurnalistə ağır itki
6 May 2013 08:27 (UTC+04:00)
Bu gün tanınmış jurnalist Şahvələd Çobanoğlunun anası Səkinə Namazova 79 yaşında vəfat edib.
Bu barədə musavat.com-a Ş.Çobanoğlunun dostları xəbər veriblər.
Bildirilir ki, mərhumə Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayırdı və hüzr məclisləri də böyük ehtimalla orada olacaq.
Allah rəhmət eləsin.
AzNews.az