İş adamı Naza görə arvadından boşandı - FOTO

19 İyun 2019 18:56 (UTC+04:00)

Türkiyənin tanınmış iş adamı Erol Özmandıracı müəllim həyat yoldaşı Ceylin Altunç Özmandıracıdan boşanıb.

“Hürriyet” xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında, bir-birindən heç bir təzminat, mal-mülk tələb etmədən ayrılıblar. Erol Özmandıracı bununla belə xanımına 3 daşınmaz əmlak bağışlayıb.

Qeyd edək ki, iş adamı aktrisa Naz Elmasla eşq yaşayır. Cütlüyün hətta ailə qurmağa hazırlaşdığı deyilir. Bu boşanmanın da məhz Naza görə olduğu iddia edilir.(qafqazinfo.az)

AzNews.az