Qarabağda aviamərmi partladı, erməni yaralandı

19 İyun 2019 19:26 (UTC+04:00)

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində aviamərmi partlayıb.

Partlayış nəticəsində 34 yaşlı Ararat Sarkisyan yaralanıb.

İnsident səhər saatlarında Sarkisyan bostanda işləyərkən baş verib.

Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Hadisənin detalları bilinmir.(qafqazinfo.az)

AzNews.az