Şəhriyardan gənc şahmatçılara jest

19 İyun 2019 19:38 (UTC+04:00)

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov təcrübəsini gənc şahmatçılarla bölüşəcək.

O, gənclərə dəstək məqsədi ilə, seans vermək qərarına gəlib.

Bu barədə Şəhriyarın özü sosial şəbəkə hesabında paylaşım edib. Məmmədyarov bu təşəbbüsdə ona dəstək olan Şah Klub - Şahmat Klubuna və Bakı Gənclər Mərkəzinə təşəkkür edib.

Qrossmeysterin sözlərinə görə, yerlər məhdud olduğundan Azərbaycanın bütün gənc istedadlarına yer ayıra bilməyəcək. Buna görə də o, seansa yalnız özü tərəfindən seçilən kiçik, Azərbaycanın qadınlardan ibarət yığma komandasının üzvləri və yüksək beynəlxalq əmsala malik olan gənc şahmatçılar dəvət edəcək.

Qeyd edək ki, seans ödənişsizdir. İyunun 23-ü, saat 12:00-da keçiriləcək sensda iştirak emtək istəyənlər (055) 244-72-77 nömrəsi ilə əlaqə saxlaya bilərlər.(qafqazinfo.az)

AzNews.az