Rusiyada hərbi hissədə yanğın olub

19 İyun 2019 19:56 (UTC+04:00)

Rusiyanın Sverdlovsk vilayətində hərbi hissənin ərazisində anbar yanıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə iyunun 19-da baş verib.

Anbarda sursat və partlayıcı əşyaların olub-olmaması araşdırılır.

Yanğın söndürülüb.

Hadisənin səbəbi araşdırılır.(oxu.az)

AzNews.az