İsmayıllıda itkin düşən qadın 17 gün sonra tapıldı

19 İyun 2019 20:30 (UTC+04:00)

İsmayıllı rayonunda itkin düşən qadın tapılıb.

Mayın 27-də İsmayıllı rayonunun Qarakolluq kənd sakini, 1985-ci il təvəllüdlü İsmayılova Elnarə Rəşid qızı evdən çıxıb və geri qayıtmayıb.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində E.İsmayılova iyunun 13-də tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az