Hindistanda 92 nəfər istidən öldü

19 İyun 2019 21:10 (UTC+04:00)

Hindistanın Bihar ştatında anomal istilərdən 92 nəfər dünyasını dəyişib.

“Sinxua” agentliyi xəbər verir ki, havanın temperaturu 48 dərəcəyə yüksəlib.

Yerli sakinlərə evdən çölə çıxmamaq və daha çox maye qəbul etmək məsləhət görülüb.(qafqazinfo.az)

AzNews.az