Bolqarıstan parlamentinin sədri Azərbaycana gəldi

19 İyun 2019 22:17 (UTC+04:00)

Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsveta Karayançeva Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında iştirak etmək üçün iyunun 19-da Azərbaycan Respublikasına səfərə gəlib.

Bolqarıstan parlamentinin sədrini hava limanında Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova və digər rəsmi şəxslər qarşılayıblar.(AZƏRTAC)

AzNews.az