Nazir: “2019-cu ildə bu siyasət davam etdirilib”

19 İyun 2019 23:33 (UTC+04:00)

“2008-ci ildən başlayaraq sosial tədbirlərin ardıcıl şəkildə keçirilməsi baş verir. Bu nə ilə bağlıdır? Bildiyiniz kimi 2016-2017-ci illər ölkəmiz, ölkə iqtisadiyyatı üçün kifayət qədər çağırışlarla dolu illər olub. 2016-cı ildə ölkəmizdə iqtisadi artım mənfi məcraya yönəlmişdisə, 2017-ci ölkəmizdə iqtisadi artım müsbət trayektoriyaya qayıtmışdı. Yəni 0,1% iqtisadi artım əldə edilmişdi”.

Bunu AzTV-də yayımlanan “Günün Nəbzi” proqramında çıxış edən Azərbaycan Maliyyə naziri Samir Şərifv deyib.

S.Şərifovun sözlərinə görə, 2018-ci ildən başlayaraq müsbət dinamika əldə edildikcə, makroiqtisadi sahədə iqtisadiyyatın tarazlaşdırılması istiqamətində əldə etdiyi uğurlar nəticəsində bir sra sosial addımların atılmasına başlanıb:

“2018-ci ilin ilk aylarında prezident İlham Əliyev tərəfindən əmək haqlarının artırılmasına dair bir sıra sərəncamlar imzalanmışdı və bu sırəncmlarla o vaxt əmək haqları, təqaüdlər, sosial müavinətlər və s. 10% artrılmışdı. Bu məqsədlər üçün 2018-ci ilin dövlət büdcəsində 500 mln. manatdan artıq vəsait sərf edilib. 2019-cu ildə bu siyasət davam etdirilib. Cari ilin mart-aprel aylarında ilk sosial tədbirlər paketi bəyn edilmişdi və onun həyata keçirilməsinə başlanılmışdı. Bu kifayət qədər böyük miqyasda idi. Minimum əməkhaqqı 130 manatdan 180 manata artırılmışdı və bununla yanaşı minimum pensiyanın məbləği də 160 manata çatdırılmışdı. O vaxt bu rəqəm 116 manat idi. İndeksasiyanı da nəzərə alsaq 120 manat idi. Prezidentin sərəncamlarına əsasən təkcə bu tədbirlərin həyata keçirilməsinə dövlət büdcəsindən 340 mln. manat vəsait ayrılmışdı”.(report.az)

AzNews.az