Toğrul Əsgərov Avropa Oyunlarına yollanacaq heyətdən çıxarıldı

20 İyun 2019 00:00 (UTC+04:00)

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək güləş üzrə Azərbaycan yığmasının heyəti dəqiqləşib.

Milli Olimpiya Komitəsinin açıqladığı ilkin siyahı ilə müqayisədə iki dəyişiklik olub.

Onlardan biri Olimpiya çempionumuz Toğrul Əsgərovdur (74 kq). Bir müddətdir yarışlardan kənar qalan I Avropa Oyunlarının qalibi Minsk-2019-da iştirak etməyəcək. Onu Hacımurad Hacıyev əvəzləyəcək.

T.Əsgərovdan başqa, sərbəst güləş üzrə yığmamızın kapitanı Cəbrayıl Həsənov (87 kq) da II Avropa Oyunlarından kənar qalacaq. Bakı-2015-in bürünc mükafatçısının əvəzinə Belarusa Aleksandr Qostiyev aparılacaq.

Güləş millimizin heyəti
Sərbəst güləş:
Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımirad Hacıyev (74 kq), Aleksandr Qostiyev (87 kq), Nurmaqomed Qadjiyev (97 kq), Camaləddin Maqomedov (125 kq);
yunan-Roma güləşi: Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq);
qadın güləşi: Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq), Səbinə Əliyeva (76 kq).

Qeyd edək ki, iyunun 21-30-da keçiriləcək II Avropa Oyunlarında Azərbaycan yığması 82 idmançı ilə mübarizə aparacaq. Güləş yarışları isə iyunun 25-30-da olacaq.(apa.az)

AzNews.az